AFN.AZ / 8 aya 56 min avtomobil gətirilib

8 aya 56 min avtomobil gətirilib

Bu ilin yanvar-avqust ayları ərzində 56 741 ədəd avtomobil idxal olunub. Dövlət Gömrük Komitəsindən AFN.az-a verilən məluamata görə, idxal olunan avtomobillərin ümumi dəyəri 733,7 milyon dollar təşkil edib.

Səkkiz ayda 48 915 ədəd əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri idxal olunub ki, bu nəqliyyat vasitələrinin də ümumi dəyəri 482,5 milyon dollar təşkil edib.

Yanvar-avqust aylarında idxal olunan yük daşımaq üçün motorlu nəqliyyat vasitələri 6 368 ədəd olub. Bu nəqliyyat vasitələrinin ümumi dəyəri 148,9 milyon dollar təşkil edib.

Səkkiz ayda idxal olunan xüsusi təyinatlı motorlu nəqliyyat vasitələri 711 ədəd olub ki, bunun da ümumi dəyəri 61,8 milyon dollar təşkil edib.

Hesabat dövründə 747 ədəd sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri idxal olunub ki, bu nəqliyyat vasitələrinin də ümumi dəyəri 40,3 milyon dollar olub.

AFN.az
25-09-2012, 02:52
Geri qayıt