AFN.AZ / DYP-nin maşınları 5500 manata satılır-

DYP-nin maşınları 5500 manata satılır-

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) yanvarın 10-da hərraca çıxarılacaq nəqliyyat vasitələrinin siyahısı açıqlayıb.

Hərraca çıxarılan avtomobilləri arasında Daxili İşlər Nazirliyi Maddi-Texniki Təminat Baş İdarəsinə bilavasitə tabe olan Avtomobil Təsərrüfatının nəzdində olan avtomobillər də var.

Qeyd olunub ki, buraxılış ili 2007-ci il olan “BMW 320” markalı dövlət nömrə nişanı 10 YP 568 olan avtomobili hərraca çıxarılıb. Avtomobilin ilkin qiyməti 5500 manatdır.

Bundan başqa Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Maddi-Texniki Təminat Baş İdarəsinə bilavasitə tabe olan Avtomobil Təsərrüfatına daxil olan 2 “UAZ-3741”, “UAZ-31519”, “Nissan Sunny” və “QAZ-33073” də var.





5-01-2017, 16:38
Geri qayıt