AFN.AZ / Kərə yağı 20 manatdan baha olacaq-

Kərə yağı 20 manatdan baha olacaq-



Hazırda dünya bazarında kərə yağının qiyməti 7 dollardan bir az çoxdur. 1-1.5 dollar daşınma xərci üzərinə gəldikdə minimum 8 dolar edir. 15 fazi gömrük rüsumu və 18 faiz ƏDV hesabladıqda isə bu, minimum 10.86 dollar deməkdir.

Bunu AFN-ə adının çəkilməsini istəməyən idxalçı şirkətlərdən birinin nümayəndəsi deyib. Onun sözlərinə görə, hazırda bazarda 17-18 manata satılan kərə yağı bir neçə ay əvvəl verilən sifarişlərdir, ona görə ucuzdur: "Yeni qiymətlə gətirilən yağ dolların hazırkı kursu davam etsə idxalçıya minimum 18.46 manata başa gələcək. Avropadan gələn mallar isə bundan da bahadır çünki orada qiymətlər avro ilə təyin olunur, avronun kursu da bu gün 2 manatdır. Buna görə də yaxın aylarda kərə yağının minimum 20 manat olacağı gözləniləndir".

Qeyd edək ki, son günlər kərə yağının qiymətindəki təxminən 3-4 manatlıq artım monopoliya ilə bağlanır. Dövlət Gömrük Komitəsi isə açıqlama verərək yağın idxal qiymətini açıqlayıb. Komitədən verilən məlumata görə, ötən il 1 kq yağ 3,39 ABŞ dollarına, cari ildə isə 4,28 ABŞ dollarına rəsmiləşdirilib ki, mövcud artım da dünya bazarında yağ məhsulunun bahalaşması ilə əlaqədardır.
5-10-2017, 20:26
Geri qayıt