AFN.AZ / "Aİ-98" markalı benzinin satışı dayandırıldı-

"Aİ-98" markalı benzinin satışı dayandırıldı-

"Aİ-98" markalı benzinin satışı dayandırıldı-


Yanacaqdoldurma məntəqələrində "Ai 98" markalı super benzinin satışı dayandırılıb.

Super markalı benzini ölkəyə gətirən və satan "SOCAR Petrolium" şirkətinin mətbuat xidmətinin rəhbəri Üzeyir Həbibbəyli bildirir ki, bu benzinin satışının dayandırılmasına səbəb onun alındığı ölkələrdə yanacaq qiymətlərinin bahalaşmasıdır.

Buna görə şirkətin həmin ölkələrlə qiymət məsələsi ilə bağlı danışıqları uzandığına görə super benzinin gətirilməsi hələ ki, dayandırılıb.

Üzeyir Həbibbəyli bildirir ki, super benzinin ölkəyə gətirilməsi bərpa olunana qədər sürücülər "Aİ 95" kimi tanınan "Premium" markalı benzindən istifadə edə bilərlər.
Onun sözlərinə görə, super benzin xarici ölkələrdən baha qiymətə alınsa belə, onun satış qiymətində bahalaşma olmayacaq.

Onu da qeyd edək ki, super benzinin Azərbaycanda istehsalı həyata keçirilmir. Azərbaycan bu benzini Bolqarıstan, Belarus və Rumuniyadan alır. Yeni alınacaq benzin də ölkəyə Rumuniyadan gətiriləcək. Super benzinin ən geci 1 aya sürücülərə təqdim ediləcəyi gözlənilir. (Xəzər TV)

13-11-2017, 22:32
Geri qayıt