AFN.AZ / Bakıda mənzillərin qiyməti bahalaşdı

Bakıda mənzillərin qiyməti bahalaşdı

Bakıda mənzillərin qiyməti bahalaşdı


2017-ci ilin dekabr ayında Bakıda mənzillərin qiymətində bahalaşma qeydə alınıb.



AFN xəbər verir ki, bunu Trend-ə "MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov deyib.

N.İbrahimov bildirib ki, təkrar mənzil bazarında qiymətlərdə ay ərzində artım 2.51 faiz olub. İllik müqayisədə isə təkrar mənzil bazarında qiymətlər aşağı düşüb. Belə ki, il ərzində qiymətlərdə 3.54 faiz azalma müşahidə olunub.

Ekspert ay ərzində ilkin mənzil bazarında da qiymətlərin artdığını qeyd edib. Onun sözlərinə görə, ilkin mənzil bazarında ay ərzində 0.27 faiz artım, il ərzində isə 7.75 faiz azalma olub.

N.İbrahimov vurğulayıb ki, 2017-ci ilin dekabr ayı ərzində ümumi daşınmaz əmlak bazarında qiymətlərdə 0.77 faiz artım, il ərzində isə 3.46 faiz azalma olub.
11-01-2018, 22:27
Geri qayıt