AFN.AZ / Bakıda çoxmərtəbəli binaların tikintisi qadağan edilir?-

Bakıda çoxmərtəbəli binaların tikintisi qadağan edilir?-

Bakıda çoxmərtəbəli binaların tikintisi qadağan edilir?-


Deputat Azər Badamov Milli Məclisin bu gün keçirilən iclasında maraqlı təkliflə çıxış edib.

AFN-in məlumatına görə, o, Bakının mərkəzində hündürmərtəbli binaların tikintisinə qadağa qoyulmasını təklif edib. Deputat bildirib ki, belə qadağalar beynəlxalq praktikada da mövcuddur: “Hündürmərtəbəli binaların şəhərin mərkəzində tikintisi həm tıxacların yaranmasına gətirib çıxarır, həm də digər problemlərə yol açır. Odur ki, belə binaların tikintisinə qadağa qoyulsa daha yaxşı olar. Bunun əvəzində şəhərin kənarında yeni yaşayış massivləri salına bilər. Bu, eyni zamanda tıxacların aradan qaldırlmasına kömək edər".

16-03-2018, 13:39
Geri qayıt