Əsas Səhifə > İqtisadiyyat / Üst manşet / Son Dəqiqə / Müsavat > Tramp Azərbaycana 10 milyon qazandırdı

Tramp Azərbaycana 10 milyon qazandırdı


13-04-2018, 23:07.
title}
Tramp Azərbaycana 10 milyon qazandırdı


Trampın cəmi 140 işarəlik, "Rusiya hazır olsun, raketlər gələcək", twitti neft qiymətlərini 5 dollar qaldlrdı. Azərbaycan son 4 gündə bu twittə görə 10 mln. dollar əlavə gəlir əldə etdi, ölkənin günlük gəliri 2,5 mln. dollar artdı.

AFN xəbər verir ki, belə bir şərhlə iqtisadçı ekspert Natiq Cəfərli çıxış edib. Onun sözlərinə görə, Rusiyanın günlük gəliri isə bu twittə görə 40 mln. dollar artdı: "ABŞ guya Rusiyanı sıxır, əslində isə bu ölkəyə yeganə təsir edən məqam neft qiymətləridir, sanksiyalar ciddi söhbət deyil, təsirləri azdır.
Amma bu, həm də test idi: Bir twittlə qalxan qiymətlər, bir twittlə də enə bilər.
Trampın həmin twitti dünya birjalarında hər günə 100 mlrd. dollarlıq dalğalanma yaratdı, çünki dünyada ABŞ-ın indiki prezidentinə güvən olmasa da, ölkənin gücünə inam böyükdür. Bizim Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov isə öz dilində 1000 işarəlik müsahibə verdi, dedi ki, devalvasiya olmayacaq, manat sabitdi - 2 gündür banklarda dollar tapılmır, camaat əlində olanı dollara çevirir, çünki MB rəhbərinə də, dövlət institutlarına da inam yoxdur..."
Geri qayıt