Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəməsi "SOCAR Turkey Enerji A.Ş" Azərbaycan qazının Türkiyəyə və buradan Avropaya nəqli üçün inşa olunan Trans Anadolu Boru Kəməri (TANAP) layihəsində səhmdar olub.Bunu TANAP-ın baş direktoru Saltuk Düzyol bildirib.
Onun sözlərinə görə, "SOCAR Turkey Enerji"nin TANAP-da 7% pay alması üçün işlər bu ilin martın sonunda yekunlaşıb: "SOCAR Turkey Enerji" TANAP-da 7%-lik hissədar olub".(Report)