AFN.AZ / “Rəvan Sığorta” ötən ildən 1 milyon ziyanla çıxıb

“Rəvan Sığorta” ötən ildən 1 milyon ziyanla çıxıb

“Rəvan Sığorta” ötən ildən 1 milyon ziyanla çıxıb


“Rəvan Sığorta” şirkəti 2017-ci ilin maliyyə göstəricilərini açıqlayıb.

AFN-in məlumatına görə, tia.az şirkətin hesabatıına əsasən xəbər verir ki, "Rəvan Sığorta" ötən ili 1,041 milyon manat xalis zərərlə başa vurub. Halbuki, şirkət 2016-cı ili 279 min manat xalis mənfəətlə başa vurmuşdu
Ötən il “Rəvan Sığorta”ın gəlirləri gəlirləri 2,135 milyon manat, xərcləri isə 3,177 milyon manat təşkil edib.
Bu il yanvarın 1-nə şirkətin aktivləri 14,229 milyon manat olub ki, bu da illik müqayisədə 12,4% azdır. 2017-ci ildə “Rəvan Sığorta”ın öhdəlikləri 35,5% azalaraq 1,73 milyon manata, balans kapitalı isə 7,8% azalaraq 12,499 milyon manata düşüb.

My Webpage
10-05-2018, 16:56
Geri qayıt