Əsas Səhifə > İqtisadiyyat / Son Dəqiqə > Azərbaycana ət idxalı azalıb

Azərbaycana ət idxalı azalıb


16-05-2018, 13:30.
title}
Azərbaycana ət idxalı azalıb


Bu ilin yanvar-mart ayları ərzində Azərbaycan 19 mln.357,37 min dollar dəyərində 13 465,86 ton ət idxal edib.

Bu barədə Dövlət Gömrük Komitəsinin xarici ticarətin gömrük statistikasının aylıq hesabatında bildirilir.

Məlumata görə, bu, həcm baxımından 2017-ci ilin 4 ilə müqayisədə 1 501,1 ton və ya 10,03% azdır. Məbləğ baxımından isə illik nisbətdə 1 mln. 819,77 min dollar və ya 8,59% azdır.

Qeyd edək ki, 2017-ci ilin yanvar-aprel aylarında Azərbaycana xarici ölkələrdən 21 mln. 177,14 min dollar dəyərində 14 966,96 ton ət idxal edilib.

Qeyd edək ki, 2018-ci ilin yanvar-aprel aylarında ət məhsullarının idxalı Azərbaycanın ümumi idxalının 0,64%-ni təşkil edib.
Geri qayıt