AFN.AZ / 6 kredit ittifaqının lisenziyası ləğv olundu-

6 kredit ittifaqının lisenziyası ləğv olundu-

6 kredit ittifaqının lisenziyası ləğv olundu-


Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının qərarı ilə Azərbaycanda fəaliyyət göstərən 6 kredit ittifaqının lisenziyası ləğv olunub.

Mia.az xəbər verir ki, bunlar Lənkəran rayonundakı "AMB” və "Qala”, Beyləqan rayonundakı "Əlinəzərli”, İmişli rayonundakı "İlkin”, Naxçıvan şəhərindəki "Mey” və Gəncə şəhərindəki "Murad” kredit ittifaqlarıdır.

Son nəticədə ölkədə kredit ittifaqlarının sayı 76-dan 70-ə düşüb.

22-05-2018, 15:45
Geri qayıt