AFN.AZ / “Bir Pəncərə” İxraca Dəstək Mərkəzində ixracın hüquqi prosedurları üzrə seminar keçirilib

“Bir Pəncərə” İxraca Dəstək Mərkəzində ixracın hüquqi prosedurları üzrə seminar keçirilib

“Bir Pəncərə” İxraca Dəstək Mərkəzində ixracın hüquqi prosedurları üzrə seminar keçirilib


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində, “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi və “Azleqal Consalting” şirkətinin birgə təşkilatçılığı ilə “Xarici ticarət əməliyyatların hüquqi prosedurlar və müqavilələrin bağlanılması” mövzusunda semınar keçirilib.



Təlimin təşkilatçıları “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin meneceri Nicat Hacızadə və “Azleqal Consalting ” şirkətinin baş direktoru Şaiq Mirzəyev bildiriblər ki, belə bir müzakirənin təşkil olunmasına səbəb, Azərbaycan sahibkarlarının öz məhsullarını xarici bazarlara ixracı zamanı tələb olunan hüquqi prosedurlar, onları əldə etmək üçün müraciət formaları, tələb olunan sənədlər, xarici tərəfdaşlarla danışıq, qanunvericilik islahatları haqda ətraflı müzakirə aparmaqdır.

“Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin meneceri Nicat Hacızadə təlimdə çıxışı zamanı əlavə edib ki, , ixracatçı sahibkarlara mütəmadi belə təlimlərin təşkil olunması ölkədə aparılan iqtisadi islahatlar zəncirinə töhfə verməkdən ibarətdir. Onun sözlərinə görə, bu müzakirə zamanı Azərbaycan ixracatçılarının hüquqi biliklərinin artırılması, xarici tərəfdaşlarla hüquqi müstəvidə danışıqların aparılması və ixrac müqavilələrinin hazırlanması üçün metodologiyanın izah olunması əsas götürülüb.

Seminar zamanı “Azleqal Consalting”-in mütəxəssisləri bir neçə təqdimatdan sonra, sahibkarları maraqlandıran suallara cavab verib.

Ödənişsiz qaydada təşkil olunan təlimdə fərqli istiqamətlər üzrə fəaliyyət göstərən 40-dan artıq sahibkar iştirak edib.

“Bir Pəncərə” İxraca Dəstək Mərkəzində ixracın hüquqi prosedurları üzrə seminar keçirilib
“Bir Pəncərə” İxraca Dəstək Mərkəzində ixracın hüquqi prosedurları üzrə seminar keçirilib
“Bir Pəncərə” İxraca Dəstək Mərkəzində ixracın hüquqi prosedurları üzrə seminar keçirilib
“Bir Pəncərə” İxraca Dəstək Mərkəzində ixracın hüquqi prosedurları üzrə seminar keçirilib
19-10-2018, 12:15
Geri qayıt