AFN.AZ / “Bir Pəncərə” İxraca Dəstək Mərkəzində “PR və kommunikasiyası strategiyasının hazırlanması”ndan danışılıb

“Bir Pəncərə” İxraca Dəstək Mərkəzində “PR və kommunikasiyası strategiyasının hazırlanması”ndan danışılıb

“Bir Pəncərə” İxraca Dəstək Mərkəzində “PR və kommunikasiyası strategiyasının hazırlanması”ndan danışılıb


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin təşkilatçılığı ilə “Made in Azerbaijan” brendinin beynəlxalq bazarlarda təşviqi üçün “PR və kommunikasiyası strategiyasının hazırlanması” mövzusunda təlim keçirilib. PR və Kommunikasiya üzrə mütəxəssisi Azər Nəzərovun apardığı təlim çərçivəsində ixrac yönümlü məhsullar üçün düzgün PR və Kommunikasiya strategiyasının hazırlanması, milli və yerli məhsulların brendləşməsi, doğru hədəf auditoriyanın seçilməsi, effektiv kommunikasiya alətləri və mexanizmlərindən danışılıb.



“Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin meneceri Nicat Hacızadə bildirib ki, bu təlim vasitəsilə “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi Azərbaycanda həyata keçirilən ixrac missiyalarının keyfiyyətinin artırılması istiqamətində ixracatçı sahibkarların maarifləndirilməsini davam etdirir. Layihə çərçivəsində ixracatçı sahibkarlar PR və kommunikasiya sahəsində yeni bilik qazanacaq, xarici ticarətdə qəbul olunmuş PR strategiyalar haqqında yeni biliklər qazanacaq. “Xüsusilə, Azərbaycanın ixracatında “Made in Azerbaijan” brendi altında istehsal olunan milli və yerli məhsulların xarici bazarlarda daha rəqabətqabiliyyətli olması və xarici müştərilərə məhsulların peşəkar formada çatdırılması üçün PR və kommunikasiyası strategiyasının hazırlanması təlimi mühüm əhəmiyyətə malikdir.”

Təlimdə dövlət və özəl qurumaların PR və kommunikasiya mütəxəssisləri, eləcə də sahibkarlar iştirak ediblər.

“Bir Pəncərə” İxraca Dəstək Mərkəzində “PR və kommunikasiyası strategiyasının hazırlanması”ndan danışılıb

“Bir Pəncərə” İxraca Dəstək Mərkəzində “PR və kommunikasiyası strategiyasının hazırlanması”ndan danışılıb

“Bir Pəncərə” İxraca Dəstək Mərkəzində “PR və kommunikasiyası strategiyasının hazırlanması”ndan danışılıb

“Bir Pəncərə” İxraca Dəstək Mərkəzində “PR və kommunikasiyası strategiyasının hazırlanması”ndan danışılıb
8-11-2018, 13:18
Geri qayıt