AFN.AZ / Azərbaycan Cənubi Qafqazdakı iqtisadi liderliyini itirir-

Azərbaycan Cənubi Qafqazdakı iqtisadi liderliyini itirir-

Azərbaycan Cənubi Qafqazdakı iqtisadi liderliyini itirir-


2018-ci il Azərbaycan üçün Cənubi Qafqazda iqtisadi liderliyin sonuncu ili olub: “Proqnozlara əsasən, hər nəfərə düşən milli gəlirə görə Azərbaycan Qafqazdakı üstün mövqeyini 2019-cu ildə Gürcüstana, 2021-ci ildə Ermənistana uduzur”.



AFN xəbər verir ki, bu sözləri iqtisadçı alim Qubad İbadoğlu bildirib. O qeyd edib ki, Dünya Bankının 8 yanvar 2019-cu ildə dərc olunan "Qlobal iqtisadi perspektivləri"ndə təqdim olunan iqtisadi artım templərinə görə, 2016-cı ildə Azərbaycanda ÜDM 3,1 azalıb, 2017-ci il 0,1 faiz, 2018-ci il 1,1 faiz artımla başa çatıb:

“2019-cu ildə 3,6 faiz, 2020-ci ildə 3,3 faiz, 2021-ci ildə 2,7 faiz, 2022-ci ildə 2 faiz artım gözlənir.

Ermənistanda ÜDM 2016-cı ildə 0,2 faiz, 2017-ci ildə 7,5 faiz, 2018-ci ildə 5,3 faiz artıb. 2019-cu ilin artım proqnozu 4,3 faiz, 2020 və 2021-ci illərin artım proqnozu 4,6 faiz, 2022-ci ilin artım proqnozu 4,5 faiz göstərilir.

Gürcüstanda ÜDM 2016-cı ildə 2,8 faiz, 2017-ci ildə 4,8 faiz, 2018-ci ildə 5,3 faiz artıb. 2019, 2020, 2021-cu illər üçün 5 faiz, 2022-ci il üçün 5,2 faiz artım proqnozlaşdırılır.

Dünya Bankı qeyd edir ki, 2019-cu ildə Azərbaycanda adambaşına ÜDM-in məbləği 4778 dollar, 2020-ci ildə 4888 dollar, 2021-ci ildə 4967 dollar, 2022-ci ildə 5054 dollar olacaq.

Ermənistan üçün adambaşına ÜDM-in məbləği 2019-cu il üzrə 4446 dollar, 2020-ci il üzrə 4705 dollar, 2021-ci il üzrə 4986 dollar, 2022-ci il üzrə 5285 dollar göstərilir.

Gürcüstanda adambaşına ÜDM-in 2019-cu ildə 4805 dollar, 2020-ci ildə 5196 dollar, 2021-ci ildə 5644 dolar, 2022-ci ildə 6133 dollar olacağı vurğulanır”.

Azərbaycan Cənubi Qafqazdakı iqtisadi liderliyini itirir-
14-01-2019, 18:23
Geri qayıt