AFN.AZ / Problemli kreditlərə görə kompensasiyanın verilmə vaxtı elan edildi

Problemli kreditlərə görə kompensasiyanın verilmə vaxtı elan edildi

Problemli kreditlərə görə kompensasiyanın verilmə vaxtı elan edildi


Prezident İlham Əliyevin imzaladığı "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı ilə güzəşt əldə edən vətəndaşlara aprel ayının sonundan etibarən kompensasiyaların verilməsinə başlanacaq.

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Maliyyə Bazarlarına Nəzarət Palatasının mətbuat katibi Elşən Allahverdiyev məlumat verib.

Palata rəsmisinin sözlərinə görə, kompensasiya ödənişlərinin tam olaraq may ayının sonlarında yekunlaşdırılması planlaşdırılır:

"Bank müştərisi olan vətəndaşlara bank vasitəsilə SMS göndəriləcək. Bağlanmış bankların müştərisi olan vətəndaşlar, yaxud kreditini ödəmiş və fərmanla kompensasiya alacaq vətəndaşlara "Azərpoçt” tərəfindən SMS göndəriləcək”.

E.Allahverdiyevin sözlərinə görə, vətəndaşlar kompensasiyanın 500 manatadək hissəsini növbəlilik prinsipi əsasında nağd, 500 manatdan yuxarı hissəsini kart vasitəsilə ala biləcəklər”.
15-04-2019, 17:10
Geri qayıt