AFN.AZ / Xurma satanların Ramazan sevinci-

Xurma satanların Ramazan sevinci-

Xurma satanların Ramazan sevinci-


İslam dünyasında ən müqəddəs ay Ramazan ayı qəbul edilmişdir. Bunun bir neçə səbəbləri vardır: 1) Quran kitabının bu ayda nazil olması, 2) insanların öz iradələrinə bələd olması, 3) dözümlülük göstərərək 12 ayın 30 günü gündəlik 17 saata yaxın ac-sussuz qalması və.s. Ramazan orucu ayın aypara görünüşü ilə başlayır, təxminən 29-30 gün davam edir.

Müqəddəs ayın son 10 gecəsindən biri hesab edilən Qədir gecəsi bu ayın ən mühüm günlərindəndir. Ramazan ayında insanlar niyyət edərək oruc tutur, ibadət edir, pis əməllər etməkdən uzaq olurlar. Oruc tutanların iftar süfrəsində xurmanın olması tövsiyə olunur. İftarı xurma ilə açmaq insana uzunmüddəli toxluq verir, həddən artıq çox yeyərək mədənin birdən-birə yüklənməsinin qarşısın alır. Xurma təkcə oruc tutanların deyil, həm də faydalı təsirləri olduğu üçün hərkəsin yeməli olduğu meyvədir. Tərkibində bədənin immun sistemini gücləndirən B1, B2, E, C, A vitaminləri, karbohidratlar, fosfor, kalsium, dəmir, maqneziumu birləşdirən elementlər olduğuna görə tez həzm olunmaya, itirilmiş enerjinin bərpasına, qan təzyiqinin normada saxlamağa kömək edir. İnsanlar xurma meyvəsinin deməklə bitməyən faydalı xüsusiyyələrini həkim məsləhətlərində də eşidirlər. Müqəddəs Qurani-Kərimdə adı çəkilən bu meyvəni mütəxəssislər qeyd edirlər ki, südlə qatışdırıb içmək yuxusuzluğun qarşısın alar, bağırsaq problemlərini aradan qaldırar. əsəbləri sakitləşdirər. Bazarlarda xurmanın qiyməti növünə görə 2-3 manatdan 150-200 manata kimi dəyişir. Ən bahalısı Mədinədən gətirilən “Peyğəmbər xurması”, ən ucuzu, həmçinin ən çox tələbat olan isə karton qutularda satılan “İran” xurmasıdır. Azərbaycana İranla yanaşı, Tunis, BƏƏ, İordaniya, İsrailvə bir neçə ərəb ölkələrindən xurma ixrac edilir. Hazırda mağazalarda ən ucuz növlü xurmanın kilosu 2-3 manata yaxındır. Lakin qiymətlər getdikcə artır...

Bahalaşma təbiət hadisələrlə bağlıdırmı?

Mart-aprel aylarında İranda baş verən təbii fəlakətlər xurmanın qiymət artımına bir bəhanə oldu. Lakin əvvəlki illəri təhlil etsək, hər il orucluq ayına yaxın İran bazarlarında qiymətlərın 5-6 dəfə bahalaşdığın görərik. Bunun da tək səbəbi işbazların “xurma oyunu”dur. Belə ki, ekspertlərin fikrincə mövsümdə 1 kq xurmanın qiyməti 0.5 dollar olduğu zaman sahibkarlar tonlarla məhsulu fermerlərdən satın alıb saxlayır, bir müddət sonra 10 dəfə artığına bazara çıxarırlar. Bu da yalançı bahalaşma, yəni inhisarçılıq yaradır. Azərbaycana xurma ən çox İrandan ixrac olduğuna görə baş verən bahalaşma da bununla əlaqəlidir.

Arif Salahov
İqtisadçı jurnalist
6-05-2019, 16:52
Geri qayıt