AFN.AZ / "Atasığorta"nın rəhbərliyi dəyişir

"Atasığorta"nın rəhbərliyi dəyişir

"Atasığorta"nın rəhbərliyi dəyişir


"Atasığorta" ASC-nin İdarə Heyətinin sədri Müseyib Əliyev vəzifəsini tərk edir.



Bu barədə "Report"a maliyyə bazarındakı mənbə bildirib.

Onun sözlərinə görə, M.Əliyev sabahdan əmək fəaliyyətini Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus "Azərpoçt" MMC-də maliyyə direktoru kimi davam etdirəcək. Xatırladaq ki, o, 2012-ci ildən sığorta şirkətinə rəhbərlik edir.

"Atasığorta"nın yeni rəhbəri də sabah məlum olacaq. Bununla bağlı şirkətin səhmdarlarının növbədənkənar yığıncağının keçirilməsi nəzərdə tutulub.

Xatırladaq ki, "Atasığorta” 2004-cü ildən fəaliyyət göstərir, "AtaHolding" MMC-yə daxildir. Şirkətin səhmləri 100% adı çəkilən holdinqə məxsusdur.

"Atasığorta" ötən ili 7 milyon manatdan artıq zərərlə başa vurub. Bir qədər əvvəl Maliyyə Bazarlarına Nəzarət Palatası ona verilmiş lisenziyanın qüvvəsini müvəqqəti məhdudlaşdırmışdı.
9-05-2019, 11:29
Geri qayıt