AFN.AZ / Bu günədək ölkə ərazisində 595192,25 hektar ərazidə taxıl biçilib

Bu günədək ölkə ərazisində 595192,25 hektar ərazidə taxıl biçilib

Bu günədək ölkə ərazisində 595192,25 hektar ərazidə taxıl biçilib


Respublika ərazisində taxıl biçini davam edir. Bu il Azərbaycan ərazisində 1009139,8 hektar sahədə taxıl əkini aparılıb. Bunlardan 677793 hektarı buğda, 331346,8 hektarı arpa sahəsidir.



Nazirlikdən AFN-ə verilən məlumatda bildirilir ki, iyunun 24-nə olan operativ məlumata görə, ölkə ərazisində 595192,25 hektar ərazidə taxıl biçini aparılıb, 299218,7 hektar ərazidə arpa, 295973,6 hektar ərazidə buğda biçini başa çatıb. Ümumilikdə bu günədək ölkə üzrə 1890393,9 ton taxıl yığılıb, orta məhsuldarlıq hər hektara 31,7 sentner təşkil edir.

Bu günədək ölkə ərazisində 595192,25 hektar ərazidə taxıl biçilib


Bərdə, Zərdab, Ucar, Yevlax, Sabirabad, Saatlı, Salyan, Biləsuvar, Kürdəmir, Ağdam, Tərtər, Balakən, İmişli və Masallı rayonlarında arpa biçini başa çatıb. Beyləqan, Füzuli, Cəlilabad, Qax, Biləsuvar rayonlarında arpa biçini başa çatmaq üzrədir. Goranboy ərazisində arpa əkilmiş 13449 hektar sahənin 13284 hektarı artıq biçilib. Rayonda arpa üzrə məhsuldarlıq 29 s/ha təşkil edir. Füzuli ərazisində arpa əkilmiş 8505 hektar sahənin 8502 hektarı artıq biçilib. Rayonda arpa üzrə məhsuldarlıq 29,1 s/ha təşkil edir. Şəki, Hacıqabul, Ağsu, Ağdaş, Ağcabədi rayonlarında da arpa biçinində yüksək nəticələr əldə edilib:

Bu günədək ölkə ərazisində 595192,25 hektar ərazidə taxıl biçilib
Bu günədək ölkə ərazisində 595192,25 hektar ərazidə taxıl biçilib


Digər rayonlarda da arpa biçini qrafikə uyğun davam etdirilir.
24-06-2019, 13:37
Geri qayıt