Əsas Səhifə > İqtisadiyyat / Son Dəqiqə > Regionlarda kooperativ təsərrüfatların yaradılması -

Regionlarda kooperativ təsərrüfatların yaradılması -


5-07-2019, 14:11.
title}
Regionlarda kooperativ təsərrüfatların yaradılması -


Azərbaycan Respublikası Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "İdrak" Elmin İnkişafına Dəstək İctimai Birliyi "Kənd təsərrüfatının inkişafında kooperativ təsərrüfatların rolu, yaradılması və faydaları" layihəsi çərçivəsində Sabirabad rayonunda ictimai müzakirə keçirib.



Cebhe.info xəbər verir ki, ictimai müzakirə Sabirabad şəhər Gənclər evinin akt zalında baş tutub.

Təşkilatın sədri və layihə rəhbəri Mirintiqam Həsənov tədbiri giriş sözu ilə açaraq iştirakçılara layihə haqqında geniş məlumat verib. M.Həsənov qeyd edib ki, layihənin keçirilməsində əsas məqsəd kənd təsərrüfatının inkişafında kooperativ təsərrüfatların rolu, onun yaradılması və faydaları barədə əhalinin maarifləndirilməsi, onların hüquqi biliklər əldə etməsi və imkanların reallaşdırılmasına yardım etməkdir.

Layihənin eksperti Aqil Babayev öz çıxışında “Kooperasiya” anlayışına münasibət bildirərək qeyd edib ki, Beynəlxalq Kooperativ Alyansının bu anlayışa verdiyi izahat belədir”. Kooperativ cəmiyyət üzvlərinin özlərinin iqtisadi, sosial və mədəni ehtiyaclarını qarşılamaq üçün demokratik nəzarətin təmin olunduğu müştərək müəssisə yaratmaq vasitəsi ilə könüllü birləşdikləri müstəqil assosiasiyadır. Daha sonra ekspert, istehsal və kənd təsərrüfatı kooperativlərinin üstünlükləri, çətinlikləri mövzusunda çıxış edərək, fermerlərin qruplar şəklində formalaşaraq fəaliyyət göstərməsinin, mövcud resurs və potensiallardan birgə istifadənin səmərəliliyi artıracağını, bazar rəqabətinə davamlılığı möhkəmləndirəcəyini qeyd edib.

Layihənin digər eksperti Fərid Vəlizadə kooperativ təsərrüfatların mövcud vəziyyətindən danışaraq bildirib ki, kənd təsərrüfatı kooperativlərinin fəaliyyəti üçün ilkin hüquqi baza mövcud olsa da, aqrar sahədə kooperasiya zəif inkişaf edib. Fermerlərin fərdiçiliyə üstünlük verməsi, kooperasiya hərəkatı üçün istehsalçıların təşəbbüskarlıq göstərməməsi, iqtisadi mexanizimlərin birgə təsərrüfatçılıq formasını yetərincə stimullaşdırmaması və bu sahədə pilot layihələrin həyata keçirilməməsi, torpaqların xırda hissələrə bölünərək pərakəndə yerləşməsi, kooperasiya barədə bilgilərin azlığı və onun üstünlüklərinin geniş təbliğ olunmaması aqrar informasiya sisteminin zəif qurulması kənd təsərrüfatı kooperativlərinin inkişafını ləngidib.

Daha sonra təqdim olunan layihə ətrafında müzakirələr keçirilib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Regionlarda kooperativ təsərrüfatların yaradılması -
Regionlarda kooperativ təsərrüfatların yaradılması -

Geri qayıt