AFN.AZ / “Hövsan” Dəniz Gömrük Postundan ölkəyə qanunsuz yolla kafel-metlax gətirilir-

“Hövsan” Dəniz Gömrük Postundan ölkəyə qanunsuz yolla kafel-metlax gətirilir-

“Hövsan” Dəniz Gömrük Postundan ölkəyə qanunsuz yolla kafel-metlax gətirilir-


Azərbaycan Respublikasına kafel-metlax idxal edən bəzi müəssisələr tərəfindən İran İslam Respublikasından gəmi nəqliyyatı ilə gələn külli miqdarda bəyan edilməyən kafel-metlax yükü “Hövsan” Dəniz Gömrük Postundan keçirilib.

Belə bir iddia ilə AFN-i məlumatlandıran mənbənin sözlərinı görə, həmin müəssisələr (adları və müvafiq sənədləri yaxın günlərdə açıqlayacağıq-red.) yük gömrük bəyannaməsi ilə ölkəmizə idxal etdiyi kafel-metlax yükünü də faktiki miqdarından az bəyan edərək, külli miqdarda dövlət büdcəsinə ödənilməli olan gömrük ödənişlərindən yayınıb. Qeyd edilən müəssisələr artıq bir neçə dəfə bu cür cinayət hadisəsini törədiblər. Artıq vərdişə çevirilmiş bu cinayət əməlinin baş verməsində gömrük işçiləri ilə “əməkdaşlıq” faktorunun olması ehtimalı da var. Çünki indiyə qədər bir neçə belə halın ardıcıl olaraq baş verməsi bunu deməyə əsas verir. Müəssisələr minlərlə kvadrat kafel-metlax yükünü gömrük nəzarətindən kənar ölkəyə idxal edib.
Maraqlıdır ki, belə bir hadisənin baş verməsi digər kafel-metlax idxal edən müəssisələr və şəxslər tərəfindən aşkar edilib və aidiyyatı üzrə məlumat verilib: "Baxmayaraq ki, qeyd edilən cinayət əməlinin baş verməsini aşkar etmək və idxal edilən yükün sənədlərlə eyni olub-olmadığını müəyyən etmək gömrük orqanlarının vəzifəsidir başqa idxalçılar bunu edib. Lakin reaksiya verilməyib. Bu isə hansısa gömrük vəzifəlisinin əməli törədən şəxslərlə əlaqəsinin olması şübhəsini yaradır. Bu əməllər digər kafel-metlax idxal edən müəssisələrin haqsız rəqabətə davam gətirməyərək fəaliyyətini dayandırmasına səbəb olur. Aşkar edilən faktlarla bağlı cinayət əməlini törətmiş, bu əməllərə göz yuman və bu cinayət əməlində iştirak edən şəxslərin cəzalandırılması tələb edilir. Amma hər hansı qərarın olub-olmayacağı sual altındadır. Gömrük Komitəsinin sədri yaxşı olar ki, 100-200 manat rüşvətə görə sıravi işçiləri işdən çıxarmaqla kifayətlənməyib belə böyük maxinasiyalara yol verənləri də cəzalandırsın".
Məsələ ilə bağlı Dövlət Gömrük Komitəsinin mövqeyini verməyə hazırıq.
Ardı var...
23-07-2019, 16:08
Geri qayıt