AFN.AZ / AMAL Akademiyasının YAY Məktəbinə qeydiyyat başlayır

AMAL Akademiyasının YAY Məktəbinə qeydiyyat başlayır

AMAL Akademiyasının YAY Məktəbinə qeydiyyat başlayır


Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) birgə təşkil etdiyi Aqrar Məşğulluğun Artırılması Layihəsinin (AMAL) təşəbbüsü ilə AMAL Akademiyasının Yay Məktəbinə qeydiyyat başlayıb.



Gənc fermerlərin aqrar sahədə bilik və bacarıqlarının artırılması məqsədilə təşkil olunacaq peşəkar yay məktəbi 25 avqust- 1 sentyabr 2019-cu il tarixlərində Oğuz rayonunda keçiriləcək. Yay Məktəbində kənd təsərrüfatına maraq göstərən 18-35 yaş arasında gənclər iştirak edə bilər. Seçim zamanı gənclərin iştirak etmə məqsədi əsas meyarlardan biri olacaq.

Təlimlərin nəzəri hissəsi 20 saatdan ibarət olacaq və “Aqrobiznes anlayışı”, “Öz biznesini qurmağın yolları”, “Aqro-marketinq”, “Kənd təsərrüfatında innovasiyalar” kimi mövzuları əhatə edəcək. Təlimlər adları sadalanan sahələrin ekspertləri tərəfindən keçiriləcək.

Nəzəri və praktiki biliklərin daha yaxşı qavranılması üçün yay məktəbində yeni təlim texnologiyaları tətbiq ediləcək və təlimlər zamanı sahibkar təsərrüfatlarına səfərlər təşkil ediləcək.

AMAL Akademiyası Yay Məktəbinə son müraciət tarixi 10 avqust 2019-cu ildir. Qeydiyyat üçün: http://amal.az/az/yay-mektebi
5-08-2019, 14:20
Geri qayıt