AFN.AZ / 06 avqust hərracında paytaxt və bölgələrdəki dövlət əmlakları özəlləşdirildi

06 avqust hərracında paytaxt və bölgələrdəki dövlət əmlakları özəlləşdirildi

06 avqust hərracında paytaxt və bölgələrdəki dövlət əmlakları özəlləşdirildi


Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən avqustun 6-sı dövlət əmlaklarının özəlləşdirilməsi üzrə hərrac keçirilib. Növbəti açıq və şəffaf hərracda kiçik dövlət əmlakları və qeyri-yaşayış sahələri üzrə sifariş vermiş investorlar iştirak etdi. Bu dəfə özəlləşdirilən dövlət müəssisələri paytaxtla yanaşı Qazax və Zaqatala rayonlarında yerləşir. Hərracında iştirak üçün 2 sifarişin verildiyi qeyri-yaşayış sahəsi Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsindədir. Bu dövlət əmlakının ümumi faydalı sahəsi 103.6 kv.m-dir. Qeyri-yaşayış sahəsi 12 min 500 manata özəlləşdirildi. Özəlləşdirilən digər qeyri-yaşayış obyekti isə Bakı şəhəri, Suraxanı rayonu, Zığ yolunda yerləşir. Faydalı sahəsi 84.5 kv.m olan dövlət əmlakını investor 8 min 500 manata özəlləşdirdi.



Hərracda sahibini tapan dövlət müəssisələrindən biri Qazax rayonu, İkinci Şıxlı kəndindəki kiçik dövlət əmlakıdır. Ümumi faydalı sahəsi 378.7 kv.m olan bu obyekt 451 kv.m-lik torpaq sahəsi ilə birgə özəlləşdirildi. Zaqatala rayonu, Aşağı Tala kəndindəki dövlət əmlakının da geniş torpaq sahəsi ilə özəlləşdirilməsi onun fəaliyyət potensialını artırır. Belə ki, investorun 30 min manata özəlləşdirdiyi dövlət əmlakının torpaq sahəsi 6.7 min kv.m-dir.

14 avqust tarixində Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac keçiriləcək. Budəfəki hərracda özəlləşdirməyə 80 dövlət əmlakı çıxarılıb. Bunlardan 46-sı kiçik dövlət müəssisə və obyekti, 22-si səhmdar cəmiyyəti, 9-u qeyri-yaşayış sahəsi, 3-ü isə nəqliyyat vasitəsidir. Hər kəsin elektron hərrac xidmətlərindən istifadə etməklə özəlləşdirməyə qoşulmaq imkanı var. Komitənin rəsmi saytı (emdk.gov.az) və ya Özəlləşdirmə portalı (privatization.az) vasitəsilə seçim, sifariş prosedurlarından keçərək iştirakçı statusu qazanmaq mümkündür.

06 avqust hərracında paytaxt və bölgələrdəki dövlət əmlakları özəlləşdirildi
06 avqust hərracında paytaxt və bölgələrdəki dövlət əmlakları özəlləşdirildi
06 avqust hərracında paytaxt və bölgələrdəki dövlət əmlakları özəlləşdirildi
6-08-2019, 12:07
Geri qayıt