Manatı nə gözləyir? ekspert şərh etdi


"Son günlər dünya bazarlarında neftin qiymətində müşahidə olunan bahalaşma isə koronavirusa qarşı bəzi əczaçılıq firmalarının hazırladıqları peyvəndlərin effektiv və təhlükəsiz olması ilə bağlı yayılan informasiyalarla əlaqədardır. Belə məlumatlara neft bazarları müsbət reaksiya verməyə başlayıb”.



Bu sözləri iqtisadçı ekspert Qubad İbadoğlu neft bazarında müşahidə olunan tendensiyaları şərh edərlən bildirib.


Onun sözlərinə görə, neftin qiyməti koronavirus pandemiyası ilə mübarizənin effektliyindən asılı olacaq:

"Azərbaycan əsas neft yatağı olan Azəri-Çıraq-Günəşli (AÇG) yatağından 2007-ci ildən bəri ən az gəlirlərini 2020-ci ildə qazanıb. Dövlət Neft Fondunun açıqlamasına görə, bu ilin 11 ayında - (01.01.2020 - 01.12.2020 tarixinə) - Azərbaycanın AÇG-dən gəlirləri 3 milyarda 336 mln. ABŞ dolları olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə, 2018-ci ilə nisbətən 3 dəfən də azdır. Neft gəlirlərinin kəskin azalması COVİD-19 pandemiyasına görə dünya bazarında qiymətlərin ucuzlaşması və hasilatın məcburi olaraq aşağı salınması ilə əlaqədardır. Son günlər dünya bazarlarında neftin qiymətində müşahidə olunan bahalaşma isə koronavirusa qarşı bəzi əzcaçılıq firmalarının hazırladıqları peyvəndlərin effektiv və təhlükəsiz olması ilə bağlı yayılan informasiyalarla əlaqədardır. Belə məlumatlara neft bazarları müsbət reaksiya verməyə başlayıb.

COVİD-19 pandemiyasına qarşı hazırlanmış peyvəndin kütləvi miqyasda tətbiqinə start verilərsə, onda 2021-ci ildə xam neftin qiymətləri hər barrel üçün 40-60 dollar diapozonunda dəyişə bilər. Lakin analitiklər COVİD pandemiyasının neqativ inkişafı fonunda qiymətlərinin hər barrel üçün 20 dollaradək ucuzlaşmasını da istisna etmirlər. Göründüyü kimi, hətta COVİD-19-a qarşı peyvəndlər effektiv olduğu halda nə neftə olan tələbat, nə də onun qiyməti 2019-cu il səviyyəsinə çata bilməyəcək.

Beynəlxalq analitiklərin proqnozlarına görə, 2021-ci ildə neftin hər barreli üçün yaxşı ssenari üzrə orta qiyməti 45 dollar, pis ssenaridə isə 35 dollar ola bilər. Ümumiyyətlə, növbəti 5 ildə neft qiymətlərində kəskin bahalaşma gözlənilmir. Proqnozlara görə, bu dövrdə ən yüksək qiymət 2023-cü ildə hər barrel üçün 53 dollar ola bilər.

Bütün bunlar Azərbaycana da təsirsiz ötüşməyəcək. Belə davam edərsə, manatın devalvasiyası qaçılmaz olacaq. Görünür, elə bu səbəbdən də 2021-ci ilin büdcəsinin parlament müzakirələri ləngidilir. Çünki manatın devalvasiyası gəlirlərin və xərclərin proqnozlaşdırılmasına təsir göstərən başlıca amillərdən hesab olunur”.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu