Xaçmaz Regional Mədəniyyət İdarəsindən şok tender, şok qiymətlər


Xaçmaz Regional Mədəniyyət İdarəsi bu gün 4 tender keçirib.



Qaynarinfo xəbər verir ki, 464 min 258 manat 96 qəpik dəyərində olan satınalmaları 3 şirkət qazanıb.

Xaçmaz Regional Mədəniyyət İdarəsi bu il yaradılan "Parameks Az Constraksen” MMC-yə 2 tender verib: Odun tədarükünə görə 60 min manat, cari təmir işləri üçün 74 min 958 manat 71 qəpik.

Regional İdarənin 1200 kub metr odun tədarükünə 60 min manat xərcləməsi şübhəlidir. 1 kub metr odunun 50 manatdan hesablanması bazar qiymətlərindən ən azı 2 dəfə yüksəkdir.

Mədəniyyət Nazirliyinin keçirdiyi tenderlərdə adətən "qalib” gələn "Vest-LTD” QSC–də Xaçmaz Regional Mədəniyyət İdarəsindən də satınalmanı udub. Əsaslı təmir işlərinin görülməsi üçün məşhur şirkətə 217 min 302 manat 25 qəpik ödəniləcək.

İdarənin dəyəri 111 min 998 manat dəyərində olan dəftərxana və təsərrüfat mallarının satınalmasını isə "Rofland TC Grup” MMC qazanıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu