Bakıda əməliyyat keçirildi: Saxlanılan var


Abşeronda narkotik alverçisi saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AFN-ə verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Abşeron rayonu ərazisində Yardımlı rayon sakini Z. Əliyevdən 46,119 qram heroin,

27,290 qram metamfetamin, kirayədə yaşadığı Müşfiqabad qəsəbəsindəki evə baxış zamanı 8 kiloqram 67,5 qram heroin, 2 kiloqram 440,7 qram metamfetamin,

2 kiloqram 603,9 qram tiryək, 2 kiloqram 200 qram marixuana və 2 300 ədəd metadon həbi aşkarlanıb götürülüb.

Araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu