On yaşlı uşağı cərəyan öldürdü


Tovuz rayon sakinini elektrik cərəyanı vurub.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə iyulun 3-də rayonun Abulbəyli kəndində qeydə alınıb. Kənd sakini, 2005-ci il təvəllüdlü Əkbərov İlqar Müzəffər oğlu həyətdə oynayarkən evin darvazasına toxunub. Darvazaya elektrik naqilindən cərəyan keçdiyindən 10 yaşlı uşaq ağır xəsarət alıb. Tovuz rayon Mərkəzi Xəstəxanasına çatdırsalar da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Tovuz rayon Prokurorluğunda araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu