Göyçayda mağazaları soyanlar Bakıda yaxalandılar


Göyçay rayonunda mağazadan oğurluq edən dəstə üzvləri saxlanılıb.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun İnçə kəndində qeydə alınıb. Bakı şəhər sakini, 1976-cı il təvəllüdlü Bağırov Taleh İnşallah oğlu və tanışları - Əzizov Eşlən Rafiq oğlu ilə İsmayılov Mayıl Şərafəddin oğlu əvvəlcədən əlbir olaraq gecə saatlarında İnçə kənd sakini Hacıyev Gündüz Çingiz oğluna məxsus mağazaya daxil olublar. Dəstə üzvləri oğurluq zamanı mağazadan ərzaq malları, geyim əşyaları və 980 manat pul götürüblər.

Göyçay rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində dəstə üzvləri Bakı şəhərində saxlanılıb. Araşdırmalar zamanı məlum olub ki, saxlanılan şəxslər bir neçə ay ərzində Beyləqan, İsmayıllı, Qobustan, Ağdaş və Hacıqabul rayonlarında da müxtəlif ərzaq mağazası və ticarət mərkəzlərindən oğurluq ediblər.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu