Bakı sakininin evindən külli miqdarda saxta pul çıxdı


Azərbaycanın daxili işlər orqanları tərəfindən cinayətkarlıqla mübarizə sahəsində daha bir uğurlu əməliyyat tədbiri həyata keçirilib və nəticədə külli miqdarda saxta əskinas dövriyyədən çıxarılıb.

Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Bakı şəhər sakini Bəxtəvər Şiralıyevin oğurladığı “VAZ 2107” markalı nəqliyyat vasitəsini satmaq istəməsi barədə əməliyyat məlumatı daxil olub. Dərhal həyata keçirilən əməliyyat tədbiri ilə fakt təsdiqini tapıb və o saxlanılıb.

Araşdırmalar zamanı həmin avtomaşının Suraxanı rayonunda yaşayan Ceyhun Qocayevə məxsus olduğu və bu il iyul ayının 14-də Bəxtəvər Şiralıyev tərəfindən qaçırıldığı müəyyən edilib.

Üzərinə baxış zamanı B.Şiralıyevdən 450 manat saxta əskinas götürülüb. Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq onun yaşadığı mənzilə də baxış keçirilib və oradan ümumilikdə 24 800 manat, o cümlədən 130 ədəd 100 manatlıq, 236 ədəd isə 50 manatlıq saxta əskinas aşkar olunaraq götürülüb.

Faktla bağlı Baş İdarənin İstintaq şöbəsində cinayət işi başlanıb, zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu