Əvvəl güllələdi, sonra başını kəsdi-TƏFƏRRÜAT


Qusar rayonunda 77 yaşlı kişinin törətdiyi qətlin təfərrüatları ANS PRESS-ə bəlli olub. Rayon prokurorunu köməkçisi Azad Əliyev sayta açıqlamasında, hadisənin 25 iyul gecə saat 3 radələrində törədildiyini bildirib.

1938-ci il təvəllüdlü Avaran kənd sakini Amaxan Nəcərov ailə münaqişəsi zəminində özünə məxsus ov tüfəngi ilə birgə yaşadığı 1977-ci il təvəllüdlü gəlini Sevinc Məmmədovanın sinə nahiyəsinə atəş açıb. Güllə yarasından ölmədiyini gördükdə isə, evdən götürdüyü bıçaqla qadının boynunu kəsib. Gəlininin öldüyünə əmin olduqdan sonra əlindəki qanlı bıçaqla Qusar Rayon Polis Şöbəsinə gələrək könüllü şəkildə təslim olub.

Prokurorluqdan həmçinin bildiriblər ki, qətli törədənin guya sərxoş olması barədə deyilənlər yalandır: "Amaxan Nəzərovu tanıyanlar onun spirtli içki aludəçisi olmadığını deyirlər və o, təslim olarkən sərxoş olmayıb".

13:30

Bu gün Qusar rayonunda qətl hadisəsi baş verib.

APA-nın verdiyi məlumata görə, Qusar rayonu, Avaran kənd sakini Nəcəfov Amaxan Elayyədin oğlu gəlini, 1977-ci il təvəllüdlü Məmmədova Sevinc Malik qızına ov tüfəngi ilə bir dəfə atəş açaraq öldürüb.

Hadisəni törədən şəxs hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Faktla bağlı Qusar Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırmalar davam etdirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu