Yardımlıda tüfənglə qətl törədilib


Yardımlı rayonunda qət hadisəsi baş verib.

Afn.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, hadisə rayonun Perinbel kəndində baş verib.

Belə ki, kənd sakini Firuz Rzazadə münaqişə zəminində Bakı şəhər sakini Vüqar Xurşudova tüfəngdən açdığı atəşlə xəsarət yetirib. Nəticədə xəstəxanaya yerləşdirilən V.Xurşudov orada ölüb.

F.Rzazadə könüllü olaraq RPŞ-yə gəlmiş və hadisəni törədərkən istifadə etdiyi müvafiq sənədləri olan “İJ-17” markalı tüfəngi təhvil verib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail:office@afn.az




menyu
menyu