Ali məktəbə daxil ola bilməyən daha bir gənc özünü asdı


Gəncədə intihar hadisəsi baş verib.

APA xəbər verir ki, Gəncə şəhər sakini, 1998-ci il təvəllüdlü Ruhin Mayıs oğlu Bədəlov yaşadığı evdə özünü asaraq intihar edib.

Yaxınlarının bildirdiyinə görə, R.Bədəlov ali məktəbə daxil ola bilmədiyinə görə intihar edib.

Xatırladaq ki, iyulun 26-da da Kürdəmir rayonunda bir gənc eyni motivlə intihar etmişdi. Rayonun Pirili kəndində yaşayan 1997-ci il təvəllüdlü Qəhrəmanova Bikəxanım Rəhim qızı özünü asmışdı.

Bu günlərdə 18 yaşlı B.Qəhrəmanova ali məktəbə qəbul olunmaq üçün imtahan verib. Lakin onun nəticələri qənaətbəxş olmayıb. Bundan sonra sarsıntı keçirən 18 yaşlı qız özünü öldürüb. B.Qəhrəmanova nişanlı olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu