Bakıda ikimərtəbəli ev yandı


Nizami rayonunda ikimərtəbəli ev yanıb.

AFN.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, ümumi sahəsi 192 kv.m olan ikimərtəbəli 8 otaqlı fərdi yaşayış evinin 1-ci mərtəbəsində 2 otağın, dəhlizin yanar konstruksiyaları və ev əşyaları 40kv.m sahədə, 1 otağın tavanı 14 kv.m sahədə , 2-ci mərtəbədə 1 otağın tavanı 15 kv.m sahədə və evin çardağının yanar konstruksiyaları 48 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 09:33-də yanğınsöndürənlər tərəfindən söndürülüb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail:office@afn.az




menyu
menyu