Müəllimin döydüyü 5-ci sinif şagirdi intihar etdi - Gədəbəydə


Bir neçə gün əvvəl Gədəbəy rayonunda 11 yaşlı oğlanın intihar etməsi ilə bağlı bəzi məqamlar aydınlaşıb.

Lent.az xəbər verir ki, Arabaçı kəndində özünü asaraq intihar edən 2004-cü il təvəllüdlü Abbasov Şahin Gülzalı oğlunun orta məktəbdə müəllim tərəfindən döyüldüyü bildirilir.

İddia edilir ki, 5-ci sinifdə oxuyan Ş.Abbasov məktəbdə şagirdlərin gözü qarşısında müəllim tərəfindən kobud rəftarla üzləşib. O, daha sonra özünü asaraq intihar edib.

Özünü öldürmə faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb. Ş.Abbasovun valideynləri və digər yaxınları ilə yanaşı, müəllimləri və sinif yoldaşları da istintaqa ifadə verib. İstintaq sirri olduğundan onların ifadəsi açıqlanmır.

Özünü öldürən məktəblinin meyitinin ekspertizasından əldə edilən nəticələr yaxın günlərdə hazır olacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu