Jurnalistin ölümündə suçlanan gənc haqda iki açıqlama


"Jurnalist Rasim Əliyevin ölümündə şübhəli bilinən Cavid Hüseynovun bibisi oğlu Elşən İsmayılovun “AZAL" futbol klubu ilə heç bir bağlılığı yoxdur".

Bunu "Trend"ə açıqlamasında klubun mətbuat katibi Eldəniz Yusifov deyib.

O, bir sıra media orqanlarının E.İsmayılovu adıçəkilən klubun futbolçusu kimi təqdim etmələrinin düzgün olmadığını qeyd edib və məsələyə aydınlıq gətirib: “2015-ci ilin yanvarında bizim klubun əvəzedici heyətində oynayıb. Lakin rəhbərliyin komandanı yenidən qurmaq tapşırığından sonra baş məşqçinin təqdimatı əsasında E.İsmayılov klubdan çıxarılıb. Onunla yanaşı bir neçə futbolçu da öz oyunları ilə baş məqşçinin ümidlərini doğrultmadığndan komandamız onlarla yollarını ayırıb. Rəsmi olaraq iyulun 2-dən adıçəkilən futbolçu ilə bizim heç bir bağlılığımız qalmayıb”.

“AZAL” klubu ilə yanaşı “Qəbələ” klubu da E.İsmayılovla bağlı bəyanat verib. Bəyanatda jurnalist R.Əliyevin öldürülməsinə görə təqsirləndirilən və hüquq-muhafizə orqanları tərəfindən saxlanılan E.İsmayılovun "Qəbələ"nin əvəzedici komandasının üzvü olduğu bildirilir.

Belə ki, 2013-cü il, iyul ayının 20-i perspektiv vəd edən futbolçu kimi "Qəbələ"nin əvəzedici komandasına cəlb olunan E.İsmayılov cəmi 6 ay əvəzedicilərin heyətində olub, ümidləri doğrultmadığına görə komandadan uzaqlaşdırılıb.

Xatırladaq ki, həmin zaman C.Hüseynov "Qəbələ" də çıxış etmirdi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu