20 manata görə 4 nəfər tutuldu


Bakı sakininin 20 manatını alan 4 nəfər tutulub.

Daxili İşlər Nazirliyinin rəsmi saytında verilən xəbərə görə, paytaxtın Nizami rayonu ərazisində şəxsiyyəti məlum olmayan şəxs Bərdə rayon sakini Şəhriyar Hüseynovu bıçaqla hədələyib 20 manatını alıb.

Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Yevlax rayon sakinləri Tural Mustafayev, Cahandar Pərvaniyev, Bərdə rayon sakini Ayxan Hüseynov və Biləsuvar rayon sakini Emil Məmmədov tutulublar.

Faktla bağlı araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail:office@afn.az




menyu
menyu