Ağcabədidə ata oğlunu bıçaqlayıb


Ağcabədi rayonunda ata oğlunu bıçaqlayıb.

APA-nın Qarabağ bürosunun məlumatına görə, hadisə Ağcabədi şəhəri, Babək küçəsi ev 11-də baş verib. Ailə münaqişəsi zəminində 1958-ci il təvəllüdlü Niyazi Ağayev 1989-cu il təvəllüdlü oğlu Fərhad Ağayevə iki bıçaq zərbəsi vurub. Qarın nahiyəsinin sol tərəfindən yaralanan F. Ağayev xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı Ağcabədi rayon Prokurorluğunda araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu