Gecə vaxtı piyadanı vurub öldürdülər


Salyan rayonunda baş verən yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, avqustun 25-də saat 01 radələrində Salyan rayonunun Qaraçala kəndində Şirvan şəhər sakini Vaqif Səfərov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən kənd sakini Elvin Abışovu vurub. Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Faktla bağlı Salyan RPŞ tərəfindən araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru




menyu
menyu