Sabirabadda "Qazel" 55 yaşlı kişini öldürdü


Sabirabadda 55 yaşlı kişini avtomobil vuraraq öldürüb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, avqustun 25-də axşam saatlarında Hacıqabul-Bəhrəmtəpə magistral yolunda Sabirabad rayonunun Xəlifəli kəndində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Sabirabad rayon Xəlifəli kənd sakini 1960-cı il təvəllüdlü Heydərov Mustafa Əkbər oğlu yolu keçərkən hərəkətdə olan “Qazel” markalı avtomobillə vurulub. Ağır bədən xəsarətləri alan M.Əkbərov Sabirabad Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək olmayıb.

Faktla bağlı araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu