Oğlu öldürülən ata Azadlıq meydanında intihara cəhd etdi


Bakıda intihara cəhd olub. Lent.az-ın məlumatına görə, dünən saat 14:00 radələrində 1956-cı ildə anadan olmuş, Yevlax rayon sakini Abdullayev İbrahim Qasım oğlu Azadlıq Meydanında üstüna benzin tökərək özünü yandırmağa cəhd edib. Hadisə yaxınlığındakı vətəndaşlar və polis əməkdaşları İ.Abdullayevin niyyətini sona çatdırmasına imkan verməyib.

İlkin araşdırmalar nəticəsində məlum olub ki, özünü yandırmağa cəhd edən şəxsin 19 yaşlı oğlu bir müddət əvvəl Yevlaxda qətlə yetirilib.

Araşdırmalar davam etdirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu