27 yaşlı gənc intihar etdi


Masallıda intihar hadisəsi baş verib. 27 yaşlı Dəmirçilər kənd sakini özünü asıb.

Masallı rayon Prokurorluğundan verilən məlumata görə, rayonun Dəmirçilər kənd sakini 1988-ci il təvəllüdlü Aqil Asif oğlu Abbasov yaşadığı evin tavanından özünü asaraq öldürüb. Onun meyiti ailə üzvləri tərəfindən asılı vəziyyətdə aşkarlanıb. Dərhala hadisə yerinə polis və prokurorluq əməkdaşlarıcəlb edilib. Hadisənin hansı səbəblərdən baş verdiyi araşdırılır.

Faktla bağlı Masallı Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırmalar aparılır.

Bundan əvvəl də Masallı rayonunda intihar hadisəsi qeydə alınmışdı. Rayonun Çaxırlı kənd sakini olub, Sarı Cəfərli kəndində yaşayan 1989-cu il təvəllüdlü Nəzər Behbudov özünü Ramazan bayramının ikinci günü asmışdı.

Ailəsi onun asılmış meyiti yaşadığı evin həyətindəki yarımtikilidən aşkar etmişdilər.

Özünü öldürən 26 yaşlı oğlan əsəb xəstəliyindən əziyyət çəkirmiş və bu xəstəlikdən də bir müddət müalicə alıb. (ANS)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu