49 yaşlı qadın Bakıda özünü yandırmaq istədi


Bakının Nəsimi rayonunda intihara cəhd olub.

1966-cı il təvəllüdlü Zivər İslam qızı İsmayılova üstünə benzin tökərək özünü yandırmağa cəhd edib. Hadisə dünən saat 15:35-də Cəlil Məmmədquluzadə küçəsində baş verib.

Nəsimi Rayon Polis İdarəsindən vesti.az-a verilən məlumata görə, intihar cəhdinin qarşısı yaxınlıqdakı adamların

müdaxiləsi ilə alınıb. Onlar qadının özünü yandırıb öldürməsinə imkan verməyiblər.

Polis intihara cəhd faktı üzrə təhqiqatlara başlayıb. (virtualaz.org)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail:office@afn.az




menyu
menyu