11 yaşlı qızı öldürən sürücünün kimliyi bilindi


Bakı Şəhər Baş Polisi İdarəsi (BŞBPİ) dünən Bakıda 11 yaşlı qızın avtomobil qəzasında ölməsi faktı ilə bağlı məlumat yayıb.

BŞBPİ-dən APA-ya verilən məlumata görə, fevralın 9-da saat 13:00 radələrində Məhəmməd Əmin Rəsulzadə qəsəbəsində Bakı şəhər sakini 1978-ci il təvəllüdlü Visuhi Cəfərov idarə etdiyi “Kamaz” markalı avtomobillə həmyerliləri 2004-cü il təvəllüdlü Zivər Feyzullayevanı və 2005-ci il təvəllüdlü Hüseyn Mikayılovu vurub.

Nəticədə Z.Feyzullayeva hadisə yerində ölüb, H.Mikayılov xəstəxanaya yerləşdirilib. Vəziyyəti orta ağırdır.

Faktla bağlı Cinayət Məcəlləsinin 263-cü maddəsi ilə cinayət işi açılıb.

Qeyd edək ki, qəzada ölən Z.Feyzullayeva orta məktəb şagirdidir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu