Dəm qazı iki nəfərin də həyatına son qoydu


Bakı şəhərində dəm qazı daha iki nəfərin həyatına son qoyub.

Paytaxtın Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə ötən gecə qeydə alınıb. Rayon ərazisində kirayədə yaşayanlar – 1990-cı il təvəllüdlü Nizami Bəhram oğlu Əliyev və 1991-ci il təvəllüdlü Əliyev Bayram Qurban oğlunun yaşadıqları evdə meyitləri tapılıb. İlkin ehtimala əsasən hər iki şəxs dəm qazından boğularaq ölüb.

Polisdən bildirilib ki, adları çəkilən şəxslər əmiuşaqlarıdır və Bakıda fəhləliklə məşğul olurmuşlar.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu