Bakıda saxta pulkəsənlər tutuldu


Bakıda saxta əskinaslar çap edən dəstə tutulub. Polis onların üzərindən 849 manat saxta pul və çap dəzgahı götürüb.

Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən verilən məlumata görə, Yasamal rayon Polis İdarəsi 27-ci Polis Bölməsi, Rayon Mühafizə İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Balakən rayon sakinləri – 1997-ci il təvəllüdlü Elmin Qasımovdan, 1983-cü il təvəllüdlü Urfan Hacıyevdən, 1994-cü il təvəllüdlü Ceyhun Osmanovdan və 1987-ci il təvəllüdlü Ruslan Xəmmədovdan 22 ədəd 20, 6 ədəd 5 və 1 ədəd 1 manatlıq saxta əsginas aşkar olunaraq götürülüb. Onların kirayə yaşadıqları evə baxış zamanı 18 ədəd 20 və 18 ədəd 1 manatlıq saxta əskinas və çap dəzgahı aşkarlanıb.

Faktla bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu