Qatar 77 yaşlı kişini vurub öldürdü


Lənkəranda yük qatarı dəmir yolu xəttinin üstündən keçmək istəyən yaşlı kişini vurub.

Hadisə Osmanlı-Astara dəmir yolunun 150-ci km-də, Lənkəran rayonunun Göyşaban dəmir yolu stansiyasının yaxınlığında baş verib.

Yüksək sürətlə hərəkət edən yük qatarı rayon sakini, 77 yaşlı Qiyas Mustafa oğlu Hacıyevi vurub. Yaralı aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. İlkin ehtimallara görə, Q.Hacıyev eşitmə qüsurlu olduğundan, qatarın siqnal səsini eşitməyib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu