Sürücülük vəsiqəsi olmayan polis işçisi Bakıda maşınla adam vurdu


Bakıda polis işçisi maşınla velosipedçini vurub.

Xəzər Rayon Polis İdarəsindən virtualaz.org-a bildiriblər ki, nəticədə zərərçəkən müxtəlif xəsarətlərlə 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Hadisə dünən saat 8.10-da Buzovna-Maştağa yolunda qeydə alınıb.

Sabunçu Rayon Polis İdarəsi 12-ci bölməsinin əməliyyat müvəkkili Ramin Aslanov idarə etdiyi “VAZ-2105” markalı maşınla velosipedlə hərəkətdə olan 1970-ci il təvəllüdlü Heybətov bəxtiyar Adil oğlunu vurub.

İlkin araşdırma zamanı məlum olub ki, polis əməkdaşının həmin avtomaşını idarə etmək üçün sürücülük vəsiqəsi olmayıb.

Faktla bağlı araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu