Goranboyda ailə faciəsi: 4 nəfər yandı


Oktyabrın 20-də Goranboy rayonunun Ağcakənd qəsəbəsində Qazanbulaq kənd sakininin kirayə yaşadığı evdə partlayış baş verib. Nəticədə bir ailənin 4 üzvü ağır bədən xəsarətləri alıb. 1986-cı il təvəllüdlü İnqilab Qasımov, həyat yoldaşı, 1978-ci il təvəllüdlü Şəbnəm Qasımova, övladları, 8 yaşlı Yaqub və 7 yaşlı İsa yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

Onlardan 3-ü Bakıdakı Respublika Yanıq Mərkəzinə gətirilib. Mərkəzin müdiri Şöhrət Məmmədov xəstələrin vəziyyəti ilə bağlı Modern.az saytına məlumat verib.

O qeyd edib ki, uşaqların anası Şəbnəm Qasımovanın vəziyyəti ağırdır: “Bədəninin 60-65 faizi yanıb, hazırda reanimasiya şöbəsindədir. Yuxarı tənəffüs yollarının ağır yanığı qeydə alınıb.Yaşaması üçün əlimizdən gələni edirik”. Həkim bildirib ki, azyaşlıların vəziyyəti nisbətən yaxşıdır:

“Onlar vəziyyətdən çıxacaq, hazırda palatadırlar.

Uşaqlarda da yuxarı tənəffüs yollarının yanığı var, amma çox deyil”. Şöhrət Məmmədov hazırda Goranboy Mərkəzi Xəstəxanasında müalicə alan ata- İnqilab Qasımov barədə isə ümidsiz danışıb:

“Mən onun vəziyyətinin öyrənilməsi ilə bağlı mütəxəssis göndərdim. Çünki xəstəni Bakıya gətirmək istəyirdilər. Məlum oldu ki, İnqilab Qasımovun bədəninin 98 faizi yanıb. Onu qətiyyən yerindən tərpətmək olmaz. Çünki vəziyyəti kritikdir və Bakıya gətirilməsi məsləhət deyil. Yaşamaq ümidi çox azdır”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu