Tərtərdə saxta əskinasla alver edənlər tutulub


Tərtər rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 31-də Qanboy Tanrıverdiyevə məxsus mağazaya gələrək 1 ədəd 20 manatlıq və 2 ədəd 10 manatlıq saxta əskinas verib ərzaq məhsulları alan rayon sakinləri Fərid Məmmədli və Səxavət Axundlu tutulublar.

Modern.az Daxili İşlər Nazirliyinə istinadən bildirir ki, Fərid Məmmədlidən 1 ədəd 20 manatlıq, 1 ədəd 5 manatlıq, 12 ədəd 1 manatlıq, 34 ədəd 10 manatlıq, Səxavət Axundlunun yaşadığı mənzilə baxış zamanı isə 1 ədəd 20 manatlıq və 13 ədəd 10 manatlıq saxta əskinas aşkar edilərək götürülüb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu