Bakıda kabel zavoduna basqın edən dəstə 50 min manat apardı


Modern.az saytı DİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsi və Xəzər RPİ 1-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində kabel zavodundan quldurluq edən dəstə tutulub.

Məlumata görə, sentyabrın 7-də kabel zavodundan quldurluq yolu ilə 50000 manat aparmış Bakı şəhər sakinləri Təmkin Salmanlı, Samir Quliyev, Mehman Əsədullayev, Anar Quliyev, Natiq Sulxayev, Toğrul İbrahimov və Fərid Məmmədov tutulublar.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu