Paytaxtda başı kəsilən şəxsin kimliyi məlum oldu


Nizami Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, həyata keçirilən tədbirlər nəticəsində bu gün səhər saatlarında Qara Qarayev 55 ünvanında bıçaqlanaraq və boğazı kəsilərək qətlə yetirilən şəxsin 23 yaşlı Elnur Balaşirin oğlu Nəsirov olması müəyyən edilib.

25-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törədən şəxsin E.Nəsirovun əmisi oğlu Elşən Nəzir oğlu Nəsirov olması müəyyən edilib və o tutulub.

İlkin məlumata görə, E.Nəsirov əmisi oğlunu qısqanclıq zəminində qətlə yetirib.

Faktla bağlı Nizami Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail:office@afn.az




menyu
menyu